Xəzər Xəbər

Rusiya və İran müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

Cəmiyyət | 15:26 • 15 Yanvar 2024
Rusiya və İran müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə telefon danışığı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Sergey Şoyqu iranlı həmkarı, briqada generalı Məhəmməd Rza Aştiani ilə telefon danışığı zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vurğulanıb.

Qeyd edək ki, bu gün Rusiya XİN başçısı Sergey Lavrov da iranlı həmkarı ilə telefon danışığı aparıb.

Xəbər lenti

Çox oxunanlar