Xəzər Xəbər

Qarlı havada 60 nəfər xəstəxanalara müraciət edib

Cəmiyyət | 10:45 • 15 Yanvar 2024
Qarlı havada 60 nəfər xəstəxanalara müraciət edib

Qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib. 

Xezerxeber.az bildirir ki, TƏBİB-dən verilən məlumata görə, son 2 gün ərzində müracitlərin sayında artım qeydə alınıb.

14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. 

Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar.

Xəbər lenti