Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, hazırda bəzi ərazilərə qar yağır.
Xidmətdən Xezerxeber.az-a verilən məlumata görə, ən çox qar Cənub bölgəsində müşahidə olunur.
Hazırda qarın hündürlüyü Lənkəranda 52 sm, Biləsuvarda 45 sm, Lerikdə 40 sm, Yardımlıda 35 sm, Göytəpədə 33 sm, Astarada 32 sm-dir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan MR-da 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.