Xəzər Xəbər

Qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edilib

Cəmiyyət | 11:09 • 14 Yanvar 2024
Qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edilib

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən Xezerxeber.az-a verilən xəbərə görə, müraciətdə deyilir: 

“Əziz valideynlər:

- övladlarınızı yollarda nəzarətsiz qoymayın;

- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;

- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.

Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

Xəbər lenti

Çox oxunanlar