Xəzər Xəbər

Bakının yolları qardan təmizlənir FOTO

Cəmiyyət | 10:26 • 14 Yanvar 2024
Bakının yolları qardan təmizlənir

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində çalışıblar.

Bakı Şəhər İcra Hakimiyyətindən Xezerxeber.az bildirilib ki, güclü qar yağmamasına baxmayaraq, xidmətlərin əməkdaşları səhərədək yüksək təşkilatçılıq və intizam göstərərək yağan qarın küçə, prospekt və piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar. Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsi ilə yollara duz səpilməsi həyata keçirilib. İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı, Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparılır.

Xəbər lenti

Çox oxunanlar