Xəzər Xəbər

Şagird yerdəyişməsi dayandırıldı

Cəmiyyət | 17:01 • 10 Yanvar 2024
Şagird yerdəyişməsi dayandırıldı

Bu gün saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Elm və Təhsil Nazirliyindən Xezerxeber.az-a verilən xəbərə görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti