Xəzər Xəbər

FHN Bakı Dövlət Sirkinin fəaliyyətini müvəqqəti DAYANDIRDI

Cəmiyyət | 15:27 • 10 Yanvar 2024
FHN Bakı Dövlət Sirkinin fəaliyyətini müvəqqəti

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri paytaxtın iritutumlu mədəniyyət müəssisələrindən olan Bakı Dövlət Sirkinə baxış keçiriblər.

Xezerxeber.az-ın xəbərinə görə, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər verilib.

Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və Bakı Dövlət Sirkinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Binada işlər yekunlaşdırılandan sonra sirk qapılarını yenidən tamaşaçıların üzünə açacaq.

Qeyd edək ki, Bakı Dövlət Sirki 1967-ci ildən unikal memarlığa malik binada fəaliyyət göstərir.

Xəbər lenti

Çox oxunanlar