Xəzər Xəbər

Gömrük Komitəsinin sədrindən "Trendyol"dan sifarişlərin gecikməsinə MÜNASİBƏT

Cəmiyyət | 12:00 • 10 Yanvar 2024
Gömrük Komitəsinin sədrindən "Trendyol"dan sifarişlərin gecikməsinə

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Azərbaycan vətəndaşlarının Türkiyənin məşhur "Trendyol" elektron ticarət platforması üzərindən sifariş verdiyi məhsulların ölkəyə gətirilməsi ilə bağlı baş verən yubanmalara münasibət bildirib.

 Şahin Bağırov bu məsələyə kompleks yanaşılmasının zəruriliyini vurğulayıb.

“Kompleks yanaşıldıqda fiziki şəxslər tərəfindən sifariş olunan bağlamaların xarici satıcıdan yerli alıcılara çatdırılması bütöv bir zəncirdir və gömrük orqanları bu zəncirin yalnız “gömrük nəzarəti” hissəsində yer alır. Xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Trendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır”, - deyə Şahin Bağırov əlavə edib. (azertag)

Xəbər lenti

Çox oxunanlar