Xəzər Xəbər

Yolları buz bağlayacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 11:11 • 10 Yanvar 2024
Yolları buz bağlayacaq

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək.

Xezerxeber.az xəbər verir ki, bunu Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Xəbər lenti