Xəzər Xəbər

Yevlax sakinindən tapança GÖTÜRÜLDÜ

Cəmiyyət | 08:57 • 10 Yanvar 2024
Yevlax sakinindən tapança

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib daşımaqda şübhəli bilinən rayon sakini İlkin Baxşəliyev saxlanılıaraq şöbəyə gətirilib. Onun üzərində müvafiq qaydada aparılan baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax XPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar