Xəzər Xəbər

Perinatal Mərkəzdə yanğından sonra 60 körpə təxliyə edilib AÇIQLAMA

Cəmiyyət | 15:55 • 9 Yanvar 2024
Perinatal Mərkəzdə yanğından sonra 60 körpə təxliyə edilib

Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən 60 körpə təxliyə edilib.

Xezerxeber.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib. 

Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir: "Körpələr TƏBİB tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur".

Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Çox oxunanlar