Sabunçu Tibb Mərkəzinə və bu müəssisənin tabeliyindəki 2 saylı doğum evinə Respublika Perinatal Mərkəzdəki yanğın hadisəsindən sonra 3 hamilə, 6 yenidoğulmuş köçürülüb.
Xezerxeber.az bildirir ki, bu barədə Sabunçu Tibb Mərkəzi məlumat yayıb.
Məlumata görə, hamilə qadınlar Mərkəzə, yeni doğulan körpələr isə 2 saylı doğum evinə yerləşdiriliblər.
Qeyd edilib ki, təxliyə edilənlərin vəziyyəti stabildir.