Respublika Perinatal Mərkəzdən Yeni Klinikaya 5 hamilə, 9 zahı və 16 yenidoğulmuş təxliyə edilib.
Xezerxeber.az xəbər verir ki, bunu Yeni Klinikanın Neonotologiya şöbəsinin müdiri Əkbər Quliyev deyib.
O bildirib ki, klinikaya təxliyə olunanların vəziyyəti stabildir: “Təxliyə olunanlara bütün zəruri müdaxilələr edilib. Yeni Klinikanın aidiyyəti şöbələri səfərbər olaraq pasiyentlərin Perinatal Mərkəzdəki həkimləri ilə koordinasiyalı şəkildə müalicələrini davam etdirirlər”.