2023-cü ildə Azərbaycanda rekord sayda insan işlə təmin olunub.
Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi mətbuat konfransında söyləyib.
M.Abbasbəyli bildirib ki, bu göstərici digər illərə nisbətən rekord sayda olub. Belə ki, 2021-ci ildə 77 min 640 nəfər, 2022-ci ildə isə 39 min 248 nəfər işlə təmin olunub. 2023-cü ildə bu göstərici 118 min 398 olub.