Xəzər Xəbər

Xəstəlik riski qidalarımızın izində

Cəmiyyət | 09:00 • 9 Yanvar 2024
Xəstəlik riski qidalarımızın izində

Ən qətiyyətli insanlar üçün belə bayramlarda sağlam qidalanma vərdişlərinə sadiq qalmaq çətin olur. Bu dövrlərdə bir az bundan, bir az da ondan dadmağa çalışarkən meyvə-tərəvəzləri görməzdən gəlirik. Ancaq bu dönəmlərdə dəyişə bilən çəkimiz sağlamlığımızın yeganə göstəricisi deyil.

Xezerxeber.az xəbər verir ki, “Nutrients” jurnalında dərc edilən araşdırmaya görə, ürək-damar xəstəlikləri üçün risk faktorları pəhriz zamanı dəyişiklikləri yaxından izləyir.

Purdue Universitetinin qidalanma elmləri üzrə professoru Ueyn Kempbell bildirir ki, insan qəbul edilən qidalara əhəmiyyət verməsə ürək-damar xəstəliklərinin yaranmasına zəmin yaratmış olur. Seçilən qidalar qısa zamanda sağlamlığa mənfi təsir göstərir.

Tədqiqat zamanı iki fərqli pəhrizdən istifadə olunub. İştirakçılar həmin sağlam qidalanma vərdişlərini beş-altı həftə davam etdiriblər və onların risk faktorları ölçülüb. Bundan sonra onlar normal yemək vərdişlərinə qayıdıblar və dörd həftə sonra yenidən müayinə olunublar. Müsbət təsirləri görmək üçün isə bir neçə həftə kifayət edib. Qiymətləndirmələr nəticəsində sağlam qidalanma rejiminə keçdikdən sonra iştirakçıların səhhəti sürətlə yaxşılaşıb.

Rubrikanın digər xəbərləri

Leysan yagacaq
Leysan yagacaq XƏBƏRDARLIQ
14:20 • 17 Noyabr 2024
Sabahın hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
12:44 • 17 Noyabr 2024
Hava şəraiti dəyişəcək
Hava şəraiti dəyişəcək
16:44 • 15 Noyabr 2024
Sabah bəzi yerlərdə duman olacaq
Sabah bəzi yerlərdə duman olacaq PROQNOZ
13:15 • 15 Noyabr 2024
Ölkə ərazisində hava yağmursuz olub
Ölkə ərazisində hava yağmursuz olub Faktiki hava
09:27 • 15 Noyabr 2024
Sabah hava əsasən yağmursuz olacaq
Sabah hava əsasən yağmursuz olacaq
12:51 • 14 Noyabr 2024

Xəbər lenti