Ölkənin bir sıra liseylərində mövcud qaydalar gözlənilməklə ibtidai siniflərə şagird qəbulu dayandırılıb.
Bu barədə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Bildirilib ki, bununla həmin müəssisələrin V siniflərinə şagird qəbulunun müsahibə yolu ilə aparılmasına, istedadı ilə fərqlənən şagirdlərin seçilməsinə şərait yaradılıb.
"Ümumi təhsil müəssisələri ilə bağlı rasionallaşdırma tədbirləri (məktəblərin açılması, bağlanılması, tipinin dəyişdirilməsi) zərurət yarandığı hallarda həyata keçirilir ", - deyə əlavə edilib. (trend)