Xəzər Xəbər

Aygün Bəylər dəfn olunub FOTO

Cəmiyyət | 13:58 • 8 Yanvar 2024
Aygün Bəylər dəfn olunub

Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Bəylərlə vida mərasimi keçirilib.

Xezerxeber.az xəbər verir ki, Aygün Bəylər alqışlarla son mənzilə yola salınıb.

Əməkdar artisti son mənzilə yola salmağa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, məşhur mədəniyyət və incəsənət xadimləri, Aygün Bəylərin həmkarları, doğmaları və yaxınları, çoxsaylı pərəstişkarları gəlib.

Vida mərasimində tanınmış incəsənət xadimləri Əməkdar artist barəsində xatirələrini bölüşüb, çoxu göz yaşlarını tuta bilməyib. Çıxış edənlər Aygün Bəylərin öz təkrarolunmaz yaradıcılığı, səsi ilə Azərbaycan xalqının qəlbində yaşayacağını bildirib.

"Biz onun səsi üçün çox darıxacağıq... Biz böyük incəsənət xadimini itirdik", - deyə onlar qeyd ediblər. Aygün Bəylər Suraxanı qəbiristanlığında dəfn olunacaq.

Xəbər lenti