Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi keçirilir.
Xezerxeber.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin rəsmiləri, sənət adamları iştirak edirlər.
Əməkdar artist Suraxanı kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib.