“Aygün Bəylərin dəfni, çox güman, sabah olacaq”.
Bunu sənətçinin bacısı Zümrüd Hümbətova deyib.
Onun sözlərinə görə, cənazə Bakıya hələ gətirilmədiyi üçün dəfn sabaha nəzərdə tutulur.
"Güman ki, sabah günorta saatlarında dəfn olunacaq. Dəfn yeri kimi Suraxanı qəbiristanlığı nəzərdə tutulub", - o vurğulayıb.
Qeyd edək ki, dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Heydər Əliyev Fondunun təyyarəsi ilə yerli vaxtla 14:00-da Ankaradan Bakıya yola düşüb.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Bildirilib ki, cənazə bütün zəruri sənədləşdirmə işləri yekunlaşdırılaraq xüsusi təyyarə ilə yola salınıb. (apa)