Sabah hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.
Xezerxeber.az bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.