Xəzər Xəbər

Elektron Təhlükəsizlik Xidməti “Telegram” qrupları barədə vətəndaşlara xəbərdarlıq edib

Cəmiyyət | 12:36 • 30 Dekabr 2023
Elektron Təhlükəsizlik Xidməti “Telegram” qrupları barədə vətəndaşlara xəbərdarlıq edib

Son zamanlar kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı dələduzluqlar həyata keçirilir. İlk olaraq vətəndaşlara pul qazanmaq adı altında iş təklif olunur, daha sonra müxtəlif “Telegram” quplarına qoşularaq müəyyən tapşırıqları həyata keçirmələri istənilir. Növbəti mərhələdə vətəndaşlardan müəyyən miqdarda ödəniş tələb olunaraq daha çox qazancın əldə edilməsi vədi verilir.

Xezerxeber.az bildirir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara tanımadıqları şəxslərdən bu cür iş təklifləri gəldikdə diqqətli olmağı, həmçinin şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Xəbər lenti