Xəzər Xəbər

Küləkli havada xəsarət alan bir şəxs əməliyyat olunub, vəziyyəti ağırdır

Cəmiyyət | 13:12 • 28 Dekabr 2023
Küləkli havada xəsarət alan bir şəxs əməliyyat olunub, vəziyyəti ağırdır

Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildiriblər.

Qurumdan bildirilib ki, Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə öz istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.

Xəbər lenti

Çox oxunanlar