Xəzər Xəbər

BDU-da istiliyin olmadığı bildirilir RƏSMİ AÇIQLAMA

Cəmiyyət | 11:44 • 26 Dekabr 2023
BDU-da istiliyin olmadığı bildirilir

Artıq 1 aya yaxın müddətdir ki, Bakı Dövlət Universitetində (BDU) istiliklə bağlı problem olması barədə məlumatlar yayılır.

Sosial şəbəkələrdə tələbə və müəllimlər dərs otaqlarının çox soyuq olduğu, bunun tədris prosesinə ciddi əngəl törətdiyi, hətta tələbələrin buna görə dərsdən yayındıqlarını iddia edirlər. Ötən gün isə bir tələbənin dərs otağındakı lövhəyə istilik probleminin həll edilməsi ilə bağlı universitetin rektoruna ərizə yazıması ilə bağlı foto yayılıb.

Məsələ ilə bağlı BDU-nun mətbuat katibi Kəmalə Quliyeva bildirilib ki, universitetin bütün korpuslarında istilik var.

"İstiliklə bağlı problem yoxdur. Bütün korpuslarda istilik var", - deyə o əlavə edib.(trend)

Xəbər lenti