Xəzər Xəbər

Qeyri-sabit hava bu tarixə qədər DAVAM EDƏCƏK

Cəmiyyət | 13:44 • 24 Dekabr 2023
Qeyri-sabit hava bu tarixə qədər

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində dekabrın 23-ü günün ikinci yarısından hava şəraiti dəyişib.

Xezerxeber.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bəzi yerlərdə güclü qərb küləyi əsib. Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32, Bərdə, Gəncə, Daşkəsəndə 30, Ağdam, Yardımlı, Tovuzda 28, Mingəçevirdə 26, əksər rayonlarda isə 25 m/san-dək güclənib.

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/san-ə çatıb.

Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb. Dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

Güclü külək zamanı yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Əhalinin ehtiyatlı olması məsləhət görülür.

Xəbər lenti

Çox oxunanlar