Xəzər Xəbər

İşsizlikdən müavinət almaq üçün sığorta stajının müddəti AZALDILIR

Cəmiyyət | 11:55 • 22 Dekabr 2023
İşsizlikdən müavinət almaq üçün sığorta stajının müddəti

Azərbaycanda sığorta stajının müddəti 30 aydan 24 aya endirilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Bununla da Azərbaycanda 24 ay sığorta stajıolan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xəbər lenti

Çox oxunanlar