Xəzər Xəbər

Azərbaycanda təyyarə biletlərinin qiyməti ÇOX UCUZLAŞDI

Cəmiyyət | 22:00 • 21 Dekabr 2023
Azərbaycanda təyyarə biletlərinin qiyməti

Son aylarda Azərbaycandan xarici ölkələrə təyyarə ilə sərnişindaşıma qiymətlərində azalma müşahidə edilir.

Qiymətin azalması dinamikası həm MDB ölkələrinə, həm də digər xarici ölkələrə uçuş xidmətlərində baş verir.

2023-cü ilin avqustunda təyyarə biletlərində qiymətlər son ayların ən yüksək həddinə çatmışdı. Həmin tarixdə MDB ölkələrinə uçuş qiyməti orta hesabla 1099 manat, digər xarici ölkələrə 1141 manat idi. Noyabrda orta qiymətlər MDB ölkələrinə 528,1 manata, digər xarici ölkələrə 641,1 manata düşüb.

Son 3 ay ərzində MDB ölkələrinə təyyarə biletlərinin qiyməti 2,08 dəfə (571 manat), digər ölkələrə sərnişindaşıma qiyməti 1,78 dəfə (500 manat) azalıb. (trend)

Xəbər lenti

Çox oxunanlar