Xəzər Xəbər

8 Noyabr prospektinin bir hissəsində təmir işləri YEKUNLAŞDI

Cəmiyyət | 10:33 • 21 Dekabr 2023
8 Noyabr prospektinin bir hissəsində təmir işləri

Bakının Xətai rayonunun 8 Noyabr prospektinin 9-cu km-dən “Zığ dairəsi” istiqamətində aparılan təmir işləri yekunlaşıb.

Xezerxeber.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, prospektin sözügedən hissəsində asfalt-beton örtükdə əmələ gələn qabarma və çatlar hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Aparılmış təmir işləri ilə bu problem tam olaraq aradan qaldırılıb.

Belə ki, təmir çərçivəsində uzunluğu 261 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yararsız qrunt yenilənib, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.



Sonda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yolcizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri icra olunub.

Xəbər lenti