Xəzər Xəbər

“BakuBus” avtobuslarında bu problem aradan qaldırılacaq AÇIQLAMA

Cəmiyyət | 09:57 • 20 Dekabr 2023
“BakuBus” avtobuslarında bu problem aradan qaldırılacaq

Bəzi avtobuslarda səsləndirmə ilə bağlı problem mövcuddur. IT və texniki heyət bu məsələ ilə məşğuldur. Yaxın zamanlarda problem aradan qaldırılacaq.

Bu barədə “BakuBus”un mətbuat xidmətindən bildirilib.

“Mütəmadi olaraq sərnişinlərin rahatlığı üçün müxtəlif innovativ addımlar atılır. Keyfiyyətə nəzarət mütəxəssisləri sisteminin yaradılması da bunun bariz nümunəsidir. Bu mütəxəssislər gündəlik olaraq keyfiyyətin monitorinqini həyata keçirir və sərnişinlərin rəyini öyrənirlər”, - deyə “BakuBus”un məlumatında qeyd olunub.

Qeyd edək ki, “BakuBus” tərəfindən bu sistemin daha da genişləndirilməsi nəzərdə tutulur. "BakuBus" avtobuslarının bir qismində mövcud olan bu problem görmə məhdudiyyəti olanlar tərəfindən narazılıqla qarşılanır.(apa-economics)

Xəbər lenti

Çox oxunanlar