Dekabrın 14-də Xəzər dənizinin İran hissəsində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Xezerxeber.az-a bildiriblər ki, Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.
Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.
15:24
Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Xezerxeber.az-a bildiriblər ki, ilkin məlumatlara görə, yeraltı təkanlar Xəzər dənizinin cənub hissəsində qeydə alınıb.
Yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.
15:19
Dekabrın 14-də Azərbaycan ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Xezerxeber.az-a bildiriblər ki, yerli vaxtla saat 15:04-də qeydə alınan zəlzələnin maqnitudası 4.5-ə bərabər olub.