Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti dekabrın 14-ü axşamadək davam edəcək XƏBƏRDARLIQ

Cəmiyyət | 16:11 • 13 Dekabr 2023
Qeyri-sabit hava şəraiti dekabrın 14-ü axşamadək davam edəcək

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən Xezerxeber.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Şimal küləyi 14-də arabir 15-18 metr/saniyəyədək güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 14-ü axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının intensiv olacağı ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.

Xəbər lenti

Çox oxunanlar