Xəzər Xəbər

Bakıya palçıqlı yağış yağmasının səbəbləri açıqlanıb

Cəmiyyət | 13:30 • 13 Dekabr 2023
Bakıya palçıqlı yağış yağmasının səbəbləri açıqlanıb

Son zamanlar Bakıda və bir çox rayonlarda yağan yağış şəffaf deyil, bulanıq olur. Bu, atmosferin çirklənməsi və hava axınlarının əraziyə hansı istiqamətdən daxil olması ilə əlaqədardır.

Xezerxeber.az xəbər verir ki, bunu açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov deyib.

Onun sözlərinə görə, bu, hava axınının haradan gəldiyindən, oradakı hava şəraitindən asılıdır:

“Yəni hava axınının gəldiyi ərazilərdə güclü külək, toz burulğanları varsa, müəyyən bir sinoptik şəraitdə bu toz yuxarı qalxaraq hava axınları ilə müəyyən marşrut üzrə yağıntılar gözlənilən yerə gəlib çatanda, tozun qatılığından asılı olaraq, palçıqlı və ya bulanıq yağış şəklində özünü göstərir”.

Səid Səfərov qeyd edib ki, hava axınları da istiqamətlərini dəyişdiyinə görə, günün müxtəlif saatlarında palçıqlı və ya bulanıq yağış müşahidə edə bilirik:

“Yağıntı uzun müddət davam edəndə atmosferdəki toz çökür və yağıntıdakı bulanıqlılıq azalır”. (apa) 

 

Xəbər lenti

Çox oxunanlar