Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı paylaşım edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında qeyd edilib.
"Azərbaycanın Ümummilli Lideri mərhum Heydər Əliyevi vəfatının 20-ci ildönümündə rəhmət və ehtiramla yad edirik.
Mərhum Əliyev deyirdi ki, biz bir millət, iki dövlətik. Biz onun vədini miras kimi nəsildən-nəslə ötürəcək, Azərbaycan türkü qardaşlarımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik", - paylaşımda vurğulanıb.