Xəzər Xəbər

MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi

Cəmiyyət | 16:16 • 8 Dekabr 2023
MSK növbədənkənar Prezident seçkilərinin vaxtını təyin etdi

Mərkəzi Seçki Komissiyasının növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar iclası başlayıb.

İclasın gündəliyinə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi daxil edilib.

 

MSK sədri Məzahir Pənahov bildirib ki, qərara əsasən, 2024-cü il fevralın 7-də növbədənkənar seçkilər təyin ediləcək.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

MSK 7 fevral 2024-cü ildə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi barədə qərar verib.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

 

Xəbər lenti