Xəzər Xəbər

Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir

Cəmiyyət | 13:08 • 8 Dekabr 2023
Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir

Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri müəyyənləşir. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. (apa)

 

 

Xəbər lenti

Çox oxunanlar