Xəzər Xəbər

ADY: Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

Cəmiyyət | 11:35 • 7 Dekabr 2023
ADY: Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

ADY-dən verilən məlumata görə, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

 

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

 

Xəbər lenti