Xəzər Xəbər

İntensiv yağış yağacaq XƏBƏRDARLIQ

Cəmiyyət | 17:07 • 6 Dekabr 2023
İntensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. 

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Xəbər lenti

Çox oxunanlar