Xəzər Xəbər

İnfeksionist: Qızılca ağır infeksion xəstəlikdir

Cəmiyyət | 16:00 • 6 Dekabr 2023
İnfeksionist: Qızılca ağır infeksion xəstəlikdir

Qızılca ağır infeksion xəstəlikdir və bir neçə fəsadlarla ağırlaşa bilər. Bunlar birinci növbədə viral pnevmoniyadır.

Xezerxeber.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi instaqram səhifəsində “Qızılca” mövzusunda yayımlanan canlı yayımda deyib.

Onun sözlərinə görə, ikincili bakterial infeksiyanın qoşulmasından da qarışıq viral bakterial pnevmoniya inkişaf edə bilər. Tənəffüs yollarında zədələnmələr, bundan başqa larinqotraxeobronxitlər, bronxolitlər qeydə alına bilər. Həzm traktının zədələnməsi diareya şəkilində özünü göstərir. Bu zaman qastroenteritlərə təsadüf edilir. Bəzi hallarda qaraciyərin iltihabı-hepatit və müsariqə limfa düyünlərinin zədələnməsi, hətta kəskin apendisit inkişaf edə bilər. Uşaqlarda orta qulağın iltihabı daha çox rast gəlinir və bakterial mənşəli olur. Ürək-damar sisteminin zədələnməsi kimi çox az hallarda miokarditlər müşahidə olunur. Sinir sisteminin zədələnməsi nadir də olsa baş verir. Buna ensefalitlər və s. aiddir.

İnfeksionist qeyd edib ki, qızılca virusunun spesifik müalicəsi yoxdur, amma qoşulmuş ikincili infeksiyalarda, təbii ki, antibakterial terapiyadan istifadə olunaraq bu hallar müalicə olunur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti