Xəzər Xəbər

Nazirlikdən qızılca ilə bağlı valideynlərə VACİB ÇAĞIRIŞ

Cəmiyyət | 15:45 • 6 Dekabr 2023
Nazirlikdən qızılca ilə bağlı valideynlərə VACİB ÇAĞIRIŞ

Peyvənd nəticəsində qızılcaya yoluxmanın sayında kifayət qədər azalma olub. Odur ki, peyvənd kifayət qədər effektivdir.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib.

O xatırladıb ki, Milli təqvim planında 11 infeksiyanın idarə olunması yer alıb: “Qızılca peyvəndi də həmin sıradadır. Valideynlərə çağırış edirəm ki, övladlarınızı vaxtında peyvənd təqviminə uyğun şəkildə vaksinasiyadan keçirin”.

 

Rubrikanın digər xəbərləri

Xəbər lenti