Xəzər Xəbər

Noyabrda zəhərlənmədən 4 nəfər ölüb

Cəmiyyət | 16:18 • 4 Dekabr 2023
Noyabrda zəhərlənmədən 4 nəfər ölüb

Noyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 107 nəfər qəbul edilib.

Xezerxeber.az bildirir ki, Mərkəzdən verilən xəbərə görə, onlardan 38-i kişi, 54-ü qadın, 15-i isə uşaq olub. Qəbul olunan xəstələrdən 55-i dərmandan, 23-ü sirkə turşusundan, 9-u etanoldan, 7-si dəm qazından zəhərlənib.

7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin 2 nəfəri ilan, 1 nəfəri həşərat sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü dünyasını dəyişib. Onlardan 3-ü kişi, 1-i qadın olub.

Xəbər lenti

Çox oxunanlar