Xəzər Xəbər

Bakı-Sumqayıt və əks istiqamətdə avtobus zolağı çəkilir

Cəmiyyət | 18:46 • 29 Noyabr 2023
Bakı-Sumqayıt və əks istiqamətdə avtobus zolağı çəkilir

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Xezerxeber.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilən avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda, görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir. Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

Xəbər lenti