Xəzər Xəbər

Erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir - Komitə sədri

Cəmiyyət | 16:25 • 29 Noyabr 2023
Erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir - Komitə sədri

“Bu gün erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir. İndiyə qədər bir dəfə də görməmişik ki, kimsə cəzalandırılsın və ya bu istiqamətdə iş görülsün".

Xezerxeber.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədri Hicran Hüseynova Səhiyyə komitəsi ilə birgə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə deyib.  

O bildirib ki, ölkədə selektiv abortla bağlı məsələ çox ciddidir: "Bu, özü də İslamda günahdır. Necə oldu ki, bizim özünü müsəlman adlandıran şəxslərimiz belə əməllərə əl atırlar? Burada gah qadını günahlandırırlar və s. Çox istərdim ki, məscislərdə axundlarla görüş keçirərkən bu məsələni də qaldırasınız və məlumatlandırıcı çıxışlar edəsiniz. Bu sahədə mənim ölkəm artıq Çini keçib. Biz əvvəl Çini danışırdıq, indi isə birinci yerdəyik. Hesabatlar zamanı bizə çox iradlar bildirirlər”.

Xəbər lenti