Xəzər Xəbər

Qızılca peyvəndindən kənarda qalan uşaqlar vaksinasiyaya CƏLB OLUNUR

Cəmiyyət | 15:45 • 29 Noyabr 2023
Qızılca peyvəndindən kənarda qalan uşaqlar vaksinasiyaya

Qızılca xəstəliyi ilə bağlı yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, qızılca peyvəndindən kənarda qalan uşaqların tibb müəssisələrində siyahısı hazırlanaraq, onların peyvəndə cəlb olunması davam edir.

Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qızılca peyvəndi uşaqlara 12 ayında və 6 yaşında vurulur.

Uşaqların qızılca peyvəndindən kənarda qalmasının səbəbinə gəldikdə mərkəzdən bildiriblər ki, uşaqların qızılca peyvəndindən kənarda qalması və yoluxma hallarının artması, əsasən, valideynlər tərəfindən vaksinlərə inamın olmaması, əsassız imtina hallarının olması, COVID-19 pandemiyası dövründə uşaqların vaksinasiyadan kənarda qalması və s. ilə izah olunur.

Mərkəzdən bildiriblər ki, belə halların qarşısını almaq məqsədilə valideynlər arasında peyvəndlərin vacibliyi haqqında maarifləndirmə işləri davam edir.

Qeyd edək ki, Səhiyyə Nazirliyindən verilən məlumatına görə, 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12 faizi (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili yoluxmanın əsas səbəbi kimi peyvəndlərdən yayınma hallarının olunmasıdır. (trend)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024