Xəzər Xəbər

Coğrafiya İnstitutunun konfransına təqdim edilən bəzi məqalələr plagiat olub

Cəmiyyət | 11:16 • 22 Noyabr 2023
Coğrafiya İnstitutunun konfransına təqdim edilən bəzi məqalələr plagiat olub

Coğrafiya İnstitutunun keçirdiyi elmi-praktiki konfransa təqdim olunan bir sıra məqalələrin plagiat olduğu aşkarlanıb.

Bunu Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani "Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası" mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, sözügedən məqalələr hələ rəyə verilmədən plagiat olduğu aşkarlanıb və qarşısı alınıb:

"Plagiatlıq çox pis haldır. Doktorantlarımıza, dissertantlarımıza internet məlumatlarından istifadə edərkən diqqətli olmalı olduqları bildirilməlidir". (APA)

Xəbər lenti

Çox oxunanlar