Xəzər Xəbər

Nazir müavini: "İmtahanlar təhsilin keyfiyyətinə yüksək təsir göstərib"

Cəmiyyət | 11:33 • 20 Noyabr 2023
Nazir müavini: "İmtahanlar təhsilin keyfiyyətinə yüksək təsir göstərib"

Son illərdə ölkədə üç mindən çox məktəb tikilib, təhsil müəssisələrində şagirdlərin kompüter təminatı üçün işlər görülüb.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda söyləyib. O bildirib ki, müəllimlərin işə qəbulu, müəllimlərin sertifikatlaşdırılması üzrə keçirilən imtahanlar təhsilin keyfiyyətinə yüksək təsir göstərib.

“Cari ildə 86 məktəbin inkişaf xətti planı hazırlanıb. İlin sonunadək bu rəqəmin 100-ə çatdırılması nəzərdə tutulub”,- deyə nazir müavini qeyd edib.

Xəbər lenti