Xəzər Xəbər

Mingəçevirdə 5 uşağa kəskin virus hepatiti diaqnozu qoyuldu

Cəmiyyət | 20:49 • 16 Noyabr 2023
Mingəçevirdə 5 uşağa kəskin virus hepatiti diaqnozu qoyuldu

Son bir həftə ərzində 5 nəfər (4-ü oğlan, 1-i qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə TƏBİB-dən bildirilib.

Müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib. Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub. (apa)

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024