Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildiriblər ki, noyabrın 15-də respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd müxtəlif markalı ov tüfəngi polisə təhvil verilib.
Keçirilən əməliyyat tədbirləri ilə 8 ov tüfəngi isə aşkar edilərək götürülüb.