Xezerxeber.az bu barədə "Bakı Metropoliteni"QSC-yə istinadən bildirillr. Qeyd olunub ki, oktyabr ayının 22 iş günü ərzində metropoliten gündəlik orta statistik hesabla 768 min 36, 9 qeyri-iş günündə isə 476 min 455 sərnişin daşıyıb. “Koroğlu” stansiyası 1 milyon 739 min 323 nəfərlə hesabat ayının sərnişindaşıma lideri olub.
Qeyd edək ki, 2019-cu ilin - “COVID-19” pandemiyası elan edilənə qədər olan sonuncu ən çox sərnişin daşınan ilin eyni ayı ilə müqayisədə 6 faiz az, əvvəlki - 2022-ci ilin oktyabrına nəzərən 2.6 faiz çox sərnişin metropolitenin xidmətindən istifadə edib.
İllərin hesabat dövrlərinin müqayisəsində ötən 10 ay ərzində metropoliten 177 milyon 975 min 429 sərnişin daşıyıb.