Xəzər Xəbər

Maşın qaçırılıb, iki qardaş saxlanılıb

Cəmiyyət | 10:24 • 14 Noyabr 2023
Maşın qaçırılıb, iki qardaş saxlanılıb

Abşeronda “VAZ-21011” markalı nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən Xezerxeber.az-a verilən məlumata görə, noyabrın 13-də saat 15 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Hüseynov və qardaşı Xanlar Nərimanov rayonu ərazisində avtomobillə saxlanılıblar.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti