Xəzər Xəbər

Qanunsuz ov edən xarici vətəndaşlar saxlanıldı

Cəmiyyət | 17:41 • 13 Noyabr 2023
Qanunsuz ov edən xarici vətəndaşlar saxlanıldı

Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

Xezerxeber.az bildirir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.  

Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sarısu Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən Küveyt vətəndaşları saxlanılıb.

Xidmət rəsmisi Dünya Həsilova bildirib ki, faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xəbər lenti

Çox oxunanlar