Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (06-12.11.2023) 19 yeni yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 114 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 716 nəfər müalicə olunaraq sağalıb, 10 361 nəfər vəfat edib, aktiv xəstə sayı 37 nəfərdir.
Ölkədə son həftə ərzində 2449, hazırkı dövrədək isə 7 708 883 test aparılıb.